İdman Özəl

Messi ilə Alvaresin 11 illik arxivi üzə çıxdı — FOTO

Messi ilə Alvaresin 11 illik arxivi üzə çıxdı — FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Argentinanı finala çıxaran Leonel Messi ilə Yulian Alvaresin arxiv fotosu üzə çıxıb.

Demokrat az xarici KİV-ə istinadla xəbər verir ki, millinin qalib gəlməsində aparıcı rolu olan Messi və Alvaresin yolları 11 il əvvəl kəsişib.

Uşaqlıqdan bəri Messi ilə çiyin-çiyinə oynamaq arzusunda olan Alvares öz kumiri ilə 2011-ci ildə çəkdirdiyi fotonu qürurla saxlayıb.

Uşaqlıq arzusunu reallığa çevirən gənc oyunçu futbolun canlı əfsanəsi hesab etdiyi Argentinanın kapitanı ilə birgə ilk matça 2021-ci ildə Çiliyə qarşı oyunda meydana çıxıb. İkili o gündən indiyə qədər birlikdə 18 matçda forma geyiniblər.

Qeyd edək ki, dünya çempionatının Xorvatiyaya qarşı yarımfinal oyununda Messi 1 qol və 1 məhsuldar ötürmənin, Alvares isə 2 qolun sahibi kimi komandalarını finala aparıblar.

Messi ilə Alvaresin 11 illik arxivi üzə çıxdı — FOTO
Zamiq Demokrat.az

D
demokrat.az