“Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının son həftələrdəki qəsdli şəkildə olan davranışları antiAzərbaycan siyasətindən xəbər verir. Ümumiyyətlə, mən sülhməramlıların bu iki il ərzindəki ermənipərəst fəaliyyətini heç də sülhməramlı adına layiq bilmirəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili əlavə edib ki, fəaliyyətə başlar-başlamaz sülhməramlıların məsuliyyət zonasındakı erməni separatçıları ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər.
“Bundan bir müddət sonra Azərbaycanın mövqeləri istiqamətində qumbara atan şəxsi xatırlasaq, sonra ərazimizə keçməyə cəhd edən terrorçu dəstəsini nəzərə alsaq bir daha bu sual ortaya çıxır. Sülməramlılar bu baş verənləri görmürmü?Təbii ki, Azərbaycan ordusu belə təxribatları neytrallaşdıra bilmək iqtidarındadır. Lakin sülhməramlıların sülh yaratmaqdan başqa hər işlə məşğul olduqları göz önündədir”. 
Aynurə Demokrat.az


