Dünya Özəl

Litva NATO-nu Ukraynaya müasir tanklar verməyə çağırıb

Litva NATO-nu Ukraynaya müasir tanklar verməyə çağırıb

Litvanın xarici işlər naziri Qabrielus Landsberqis NATO-nu Ukrayna Silahlı Qüvvələrinin qış aylarında Rusiya qarşısında hərbi üstünlüyə malik olması üçün Ukraynanı müasir tanklarla təmin etməyə çağırıb.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Mən bir sıra hərbi ekspertlərlə danışdım və eşitdim ki, Ukraynanı yanvara qədər tanklarla təmin etsək, bu, böyük hərbi əhəmiyyət kəsb edə bilər. UkraynaSilahlı Qüvvələrdə NATO-nun döyüş tanklarını idarə etmək qabiliyyətinə malik mexanik sürücülər var. Onlardan bəziləri artıq Alyans ölkələrinin ərazisində müvafiq təlim keçiblər"- deyə o qeyd edib.

Litvanın xarici işlər naziri Qabrielus Landsberqis ölkələri Kiyevi Alyansın arsenalında olan hər şeylə təmin etməyə çağırıb.

Leyla Demokrat.az

D
demokrat.az