Qətərdə keçirilən futbol üzrə dünya çempionatında "A" qrupundan 1/8 finala mərhələsinə Niderland və Seneqal yığmaları vəsiqə qazanıb.
Demokrat.az-ın xəbərinə görə, Niderland Qətər üzərində 2:0 hesablı qələbə ilə qrup lideri kimi pley-offda oynamaq hüququ əldə edib. Belə ki, "zanbaqlar" iki qələbə, bir heç-heçə ilə 7 xal toplayıblar.
Qrupun əsas qarşılaşmasında Seneqalla Ekvador üz-üzə gəliblər. Dramatik matçda afrikalılar 2:1 hesablı qalibiyyətlə növbəti mərhələyə adlayıblar. İki qələbə sayəsində 6 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıblar. Seneqal bununla 2002-ci il mundialındakı uğurları təkrarlayıblar.
29 noyabr A qrupu 19:00. Ekvador - Seneqal - 1:2 Qollar: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2) Baş hakim: Kleman Türpen (Fransa)
19:00. Niderland - Qətər - 2:0 Qollar: Kodi Qakpo, 26, Frenki de Yonq, 49 Baş hakim: Bakari Qassama (Qambiya)
Turnir cədvəli Niderland - 7 xal Seneqal - 6 xal Ekvador - 4 xal Qatar - 0 xal
Zamiq Demokrat.az


