Media

AZƏRTAC-a sədr təyin olunan Vüqar Əliyev kimdir? — DOSYE

AZƏRTAC-a sədr təyin olunan Vüqar Əliyev kimdir? — DOSYE

Xəbər verdiyimiz kimi, Vüqar Əliheydər oğlu Əliyev bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media xəbər verir ki, Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.

Vüqar Əliyev son təyinatından öncə Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb.

O, evlidir.

Qeyd edək ki, noyabrın 19-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.

D
demokrat.az