Hadisə

Sərxoş vəziyyətdə toydan qayıdan şəxs avtomobili qaz kəmərinə çırparaq ölüb

Sərxoş vəziyyətdə toydan qayıdan şəxs avtomobili qaz kəmərinə çırparaq ölüb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb. Nəticədə o, hadisə yerində ölüb. Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az