Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

HADİSƏ 16 may 2019, 16:37

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.


Demokrat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.


İcra katibi bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib.


Ə.Əhmədov qeyd edib ki, bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

 

Image result for Əli Əhmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top