Region Özəl

Pavloqradda raket mühərriklərinin yerləşdiyi emalatxanalar məhv edilib — Rusiya MN

Pavloqradda raket mühərriklərinin yerləşdiyi emalatxanalar məhv edilib — Rusiya MN

Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Aerokosmik Qüvvələrin Pavloqrad şəhərində yerləşən Ukrayna müdafiə zavodunun sexlərinin dağıdılması ilə nəticələnən raket hücumu barədə məlumat veriblər.

Demokrat.az "mk.ru"ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin hesabatında bildirir ki,"Rusiya Aerokosmik Qüvvələrinin Pavloqrad şəhərində endirdiyi zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün yanacaq və raket mühərrikləri istehsal edən müdafiə müəssisəsinin emalatxanaları məhv edilib".

Jalə Demokrat.az

D
demokrat.az