Ukrayna parlamenti Ukraynada hərbi vəziyyətinvə ümumi səfərbərliyinuzadılmasını dəstəkləyib.
Demokrat.az Ukrayna mətbuatın aistinadən bildirir ki, Prezident Volodimir Zelenskinin fərmanlarına əsasən, xüsusi rejim növbəti 90 gün ərzində - 2023-cü il fevralın 19-dək davam edəcək.
Deputat Yaroslav Jeleznyakınsözlərinə görə , 294 deputat hərbi vəziyyət, 297 isə səfərbərlik haqqında qanun layihəsini dəstəkləyib.
"Ali Rada hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün müddətinə 2023-cü il fevralın 19-dək uzadıb".
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı zamanı fevralın 24-də saat 5:30-dan 30 gün müddətinə hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilib.
Daha sonra bir neçə dəfə hərbi vəziyyət uzadılıb.
Leyla Demokrat.az


