Dünya Özəl

Zelenski xalqa müraciət etdi: "Özünüzə yaxşı baxın və bir müddət sığınacaqlarda qalın"

Zelenski xalqa müraciət etdi: Özünüzə yaxşı baxın və bir müddət sığınacaqlarda qalın

Ukrayna Prezidenti Volodimr Zelenski Rusiyanın kütləvi raket hücumuna görə ukraynalılara müraciət edib.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, Zelenski deyib ki, Rusiya Ukraynaya 80-dən çox raket atıb.

O, müvafiq videomüraciəti sosial şəbəkələrdə yayımlayıb.

"Düşmənin nə istədiyi aydındır. O, məqsədinə çatmayacaq. Yalvarıram: özünüzə yaxşı baxın və bir müddət sığınacaqlarda qalın. Bilirəm ki, raketlər bir çox şəhərlərdə elektrik enerjisini kəsdi. Biz işləyirik, hər şeyi bərpa edəcəyik, hər şeydən sağ çıxacağıq", - o vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, daha 20-yə yaxın zərbə endiriləcəyi gözlənilir.

Dövlət başçısı vətəndaşlara müraciətini “Afərin sizə” sözləri ilə yekunlaşdırıb.

Leyla Demokrat.az

D
demokrat.az