Sosial

Ramil Usubovdan daha bir təyinat

Ramil Usubovdan daha bir təyinat

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Demokrat.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elvin Rizvanov Yevlax Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Xəbəri Yevlax Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə keçmiş rəis müavini polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

D
demokrat.az