"Qarabağ probleminin danışıqlar yolu ilə həllinə inanmıram" - Araz Əlizadə

SİYASƏT 27 apr 2019, 12:49

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında aparılan son danışıqlar Qarabağ probloeminin diplomatik yolla həlli ilə bağlı yeni ümid və ehtimallara yol açmaqdadır. Bəzi siyasilər hesab edir ki, tərəflər arasında danışıqların bərpası, habelə humanitar sahədə əməkdaşlıq məsələsinin ortaya gəlməsi Qarabağ probleminin həllinə yeni nəfəs verə bilər.

 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə Qarabağ probleminin həlli ilə bağlı ənənəvi mövqeyinə sadiq qaldığını, problemin danışıqlar yolu ilə həllinə inanmadığını qeyd etdi:

 

“Mən hər zaman Qarabağ probleminin həlli yolunu hərbi əməliyyatlarda görmüşəm. Bu gün də bu mövqeyi müdafiə edirəm. Hesab edirəm ki, problemin yeganə həlli yolu budur.

 

Başqa sözlə desək, Qarabağ probleminin danışıqlar yolu ilə həllinə inanmıram”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top