Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Sabunçu qəsəbəsində yolu keçən 1960-cı il təvəllüdlü Şahmuradova Minayə İmran qızını və 1985-ci il təvəllüdlü İsmayılova Aynur Ərəbxan qızını avtomobil vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


