“Azərbaycanın, doğrudan da, çox böyük turizm potensialı var. Həm dəniz, həm daxili təbiət, həm də tarixi turizm potensialı böyükdür. Amma ölkəmizdə turizm sahəsində bir neçə mühüm problemlər var. Əsas problemlərdən biri hazırda quru sərhədlərin bağlı olmasıdır. Bu da ciddi təsir göstərir, amma müvəqqətidir, nə vaxtsa açılacaq, daim bağlı saxlaya bilməzlər. Digər problemlərdən biri Avropa ölkələri, ABŞ, Yaponiya, Çin kimi ölkələrdən hələ də bizim viza tələb etməyimizdir. Qonşu ölkələr Ermənistan və Gürcüstan 15 il bundan qabaq həmin ölkələrlə vizaları ləğv edib, biz isə əksinə. Bu, ciddi problemdir”. Bu sözləriPravda.az-a açıqlamasında iqtisadçı-ekspertNatiq Cəfərlideyib. 
Azərbaycanda turizm niyə aşağı səviyyədədir? — SƏBƏBLƏR
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


