Hadisə

Şəkidə mikroavtobus və yük avtomobili toqquşdu — Yaralılar var

Şəkidə mikroavtobus və yük avtomobili toqquşdu — Yaralılar var

Şəkidə mikroavtobus və yük avtomobili toqquşub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində bsş verib.

Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət alıb, yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az