İsfahanın cümə imamı Əhməd Mahmudinin avqustun 5-də cümə namazındakı çıxışı sosial media istifadəçilərinin müzakirəsinə səbəb olub və istehza ilə qarşılanıb.
Demokrat.az Gunaz.tv-yə istinadən xəbər verir ki, cümə imamı çıxışında bildirib ki,yaxın gələcəkdə Amerika silah almaq üçün İrana möhtac olacaq və yalvaracaq.
"Amerikanın silah almaq üçün İrana əl uzadacağı günü indidən görürük və o gün Amerikaya silah verib-verməmək barədə düşünəcəyik"-deyə, Mahmudi bildirib".


