Hadisə

Hacıqabulda dəmir yolu yarımstansiyasında yanğın

Hacıqabulda dəmir yolu yarımstansiyasında yanğın

Hacıqabulda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində QSC-yə məxsus yarımstansiyanın transformatoru yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az