Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, bu barədəBaş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş Prokurorunəmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.
Onun yerinə isəAğdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyevtəyinedilib.
Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə “Prezident təqaüdçü”sü olub.
Baş Prokurorun daha bir əmri iləVüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.V.Nəsibov bu təyinata qədər Baş
Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
MəlumatlarıBaş Prokurorluğun Mətbuat xidmətindənOxu.Az-a təsdiq ediblər.


