Yəmənin Abyan əyalətində silah anbarında partlayış baş verib.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Partlayışdan sonra bəzi binalara və iş yerlərinə ziyan dəyib.
İnsidentin səbəbi hələlik məlum olmasa da, yerli hakimiyyət araşdırmalara başlayıb.


