Sosial

Sumqayıtda qadını itələyən sürücü saxlanıldı — VİDEO

Sumqayıtda qadını itələyən sürücü saxlanıldı — VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində avtobus sürücüsü və sərnişin arasında insident baş verib.

Hadisə nəticəsində sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.

Avtobusun sürücüsü Adil Kosayev isə hadisədən sonra işdən çıxarılıb.

“Sumqayıt Nəqliyyat-1” MMC-nin şöbə müdiri Dildar Hümbətova bildirib ki, baş verən hadisənin araşdırılması və qanuni tədbir görülməsi üçün aidiyyati qurumlara müraciət edilib.

Demokrat.az

D
demokrat.az