Lerikrayonunda Vətən Müharibəsişəhidi Ağacəfərli Ağamidinatası vəfat edib. Modern.azxəbər verir ki, Şəhid Ağamid Ağacəfərlinin atası Şirzad Məmmədcəfər oğlu Adagözəlov iyunun 13-də haqq dünyasına qovuşub. Mərhum Şirzad Adgözəlov ömrünü gənc nəslin tərbiyyəsinə həsr etmiş müəllim və tanınmış ziyalı olub. Qeyd edək ki, Ağamid Şirzaid oğlu Ağacəfərli44günlük Vətən Müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb, xeyli sayda canlı qüvvəsini məhv edərək düşmənə sarsıdıcı zərbələr endirib. O,Vətənin azadlığı uğrundaFüzuli döyüşlərində canından keçərək 2020-ci ilin24 oktyabrında qəhrəmancasına şəhid olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra ŞəhidAğamid Ağacəfərli"Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Vətən uğrunda"və"Cəsur döyüşçü"medalları ilə təltif edilib. Allah rəhmət eləsin! 
Şəhid atası vəfat etdi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


