Dünya Özəl

Ukrayna MN: Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib

Ukrayna MN: Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib

Rusiya ordusu Belqorod vilayətində “İsgəndər-M” raket sistemlərini yerləşdirib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb .

"Belqorod vilayətində Rusiya "İsgəndər-M" operativ-taktiki raket kompleksinin buraxılış qurğularını yerləşdirib. Bundan başqa, Rusiya maddi-texniki təchizat və təmir bazaları sistemini artırır", - məlumatda deyilir.

"Mayın 22-si səhər saat 6:00-dan etibarən Rusiya Federasiyasının qoşunları Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmayacaq. RusiyaUkrayna ərazisinə raket və hava zərbələri endirməkdə davam edir, aktiv hərbi əməliyyatlar aparılan ərazidə yaşayış məntəqələrinin kritik infrastrukturunu məhv etmək üçün təyyarələrdən istifadənin intensivliyini artırıb".

Leyla Demokrat.az

D
demokrat.az