Gündəm Özəl

Litva Rusiyadakı səfirini geri çağırdı

Litva Rusiyadakı səfirini geri çağırdı

Litva Eytvidas Bayarunası Rusiyadakı səfir vəzifəsindən geri çağırıb.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, müvafiq qətnaməni cümə axşamı Litva hökuməti qəbul edib.

Bayarunas iyunun 1-dən vəzifəsini yerinə yetirməyi dayandıracaq.

Hökumət həmçinin Litvanın Vilnüsdəki Rusiya səfirliyinin rəhbəri Aleksey İsakov və Klaypedadakı Rusiya Baş Konsulluğunun əməkdaşlarını ölkədən çıxarmaq barədə qərarından sonra Rusiyanın bağladığı Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunu da iyunun 7-dən ləğv etmək niyyətindədir.

Leyla Demokrat.az

D
demokrat.az