Hadisə

Neftçalada inək 63 yaşlı kişinin ölümünə səbəb oldu

Neftçalada inək 63 yaşlı kişinin ölümünə səbəb oldu

Neftçala sakinini inək vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R. Paşayev aldğı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az