Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsindəki yaşayış evlərinin birində baş verib.
Evin damını təmir edən usta - 1957-ci il təvəllüdlü Xəlilov Tahir ehtiyatsızlıq nəticəsində elektrik naqilinə toxunub. Cərəyan ustanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)


