Region

Armen Sarkisyanın aparat rəhbəri də istefa verdi

Armen Sarkisyanın aparat rəhbəri də istefa verdi

Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyanla birlikdə aparatın rəhbəri Emil Tarasyan da vəzifəsindən ayrılır.

Bu barədə informasiyanı Ermənistan KİV-i yayıb. Məlumata görə, Armen Sarkisyan artıq istefa ərizəsini imzalayıb.

Emil Tarasyan 2018-ci ilin noyabrından Ermənistan dövlət başçısının aparatına rəhbərlik edir, bundan əvvəl Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin müavini, iqtisadiyyat nazirinin müavini vəzifələrində çalışıb./bizim.media

D
demokrat.az