Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şamaxıda baxımsız qalan uşaqlarla bağlı açıqlama verib.
Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a bildirib ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb:
"Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".


