Xaçmazda 66 yaşlı qadına oğlu tərəfindən balta ilə xəsarət yetirildi

SOSİAL 13 yan 2022, 19:44

Xaçmazda oğul 66 yaşlı anasını balta ilə yaralayıb.

“Report” xəbər verir ki, rayonun Əzizli kənd sani Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

F.Sultanovaya ailə münaqişəsi zəminində oğlu tərəfindən balta ilə xəsarət yetirdiyi bildirilib.

Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top