Zeynəb Xanlarova doğum gününü belə qeyd etdi — VİDEO

İNCƏSƏNƏT 29 dek 2021, 13:29
Xəbər verdiyimiz kimi, ötən gün SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 85 yaşı tamam olub.

Sənətkar yubileyini ev şəraitində yaxın çevrəsi ilə qeyd edib.

Məclisdən görüntüləri müğənninin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova instaqram hesabında paylaşıb.

“Zeynəb xanım Xanlarovanın evində onun doğum gününü qeyd edirik. Ailə dostumuz Rauf Məmmədov isə pianoda gözəl ifalar edərək xoş anlar yaşatdı. Uca Allah Zeynəb Xanlarovanı ailəmizin və Azərbaycan xalqının üzərindən əsirgəməsin. Amin!”, - deyə aktrisa yazıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top