Kim Kardaşyan Talışda qəsəbə salıb, bəs hanı Əzizə Mustafazadə?

MARAQLI 12 dek 2021, 15:34
Tərtərin Talış kəndi. Adı gələndə gözəlliklərə paralel bir də vahimə bürüyür insanı. Çünki Qarabağ savaşının ən ağır əməliyyatlarına şahid kənddir. Şəhid kənddir. Qoynunda otuz il övladlarının qanını içmək üçün yaraqlı saxlanılan kənddir Talış.

Gələk ona ki, söhbət hansı terrorçudan və terrordan gedir. İndiyəcən, eşitmədiyim bir fakta rast gəldim Talışda. Erməni model Kim Kardaşyanın vəsaiti hesabına terrorçu yetişdirmək və bəsləmək üçün qəsəbə salınıbmış Talışda. Yazıya əlavə edəcəyim şəkillərdə, fonda məhz o evlərdir. İki, üç otaqlı bu evlərin tən yarışının maya dəyəri təxminən bir milyon dollar təşkil edir. Xırda həcmli kənd evləridir. Terrorçu ermənilərin yaşaması, məskunlaşması və yaxşı müqavimət göstərməsi üçün tam uyğundur.

Bu təbii ki, təkcə K.Kardaşyan işi deyil. Dünyada ermənilərin cəm olduğu nəhəng maliyyə vəsaiti dağıdan fondlar mövcuddur. Təbii ki, K.Kardaşyan kimi erməni məhşurlar daxil dünyada erməni olan və ya olmayan yüzlərlə insan var ki, onların əli ilə maliyyələşir. Yeri, gəlmişkən, o siyahılarda anti-Azərbaycan mövqeli xaricdə və içdə fəaliyyət göstərən azərbaycanlılar da yox deyil.

Məsələn, ermənilərə məxsus ANCA fondu bu işləri görən, nüfuzlu erməni biznesmenlərlə əlaqəsi olan ciddi bir təşkilatdır. Stiven Kandalyan adlı erməni əsilli amerikalı biznesmen, adıçəkilən fondla birgə yedək təşkilatı vasitəsi ilə erməni maraqlarından çıxış edən şəxlərə və ümumilikdə Ermənistanın mövqeyinin müdafiəsinə beş milyard dollar vəsait xərcləyib. İndi Azərbaycan dövlətinin, aidiyyatı dövlət qurumlarının, konkretləşdirsək, Azərbaycan, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Əks Kəşfiyyatın, habelə sinəsinə mənəm deyib vuran, ölkə mediasının işi həm də budur. Həmin fondu, belə model və milyonçuların terrora dəstək fəaliyyətini araşdırmaq, tirajlamaq və məsələni beynəlxaq təşkilatlara, məhkəmələrə daşımaq.

Azərbaycan bu işləri çox böyük sürətlə görməlidir. Buna paralel dünyada ünlü həmyerlilərimiz bir araya gətirilməlidir. Bu bir komitə işi deyil. Bu məhz bir neçə fond yaratmağın gərəkliliyi məsələsini gündəmə gətirir.

Məsələn, deyək ki, bir erməni model, xaricdəki erməni fondlarının maliyəsi, şəxsi qazancı hesabına Azərbaycanın işğal altında olan torpağında, Tərtərin Talış kəndində, qəsəbə salıb, "boyavik" yetişdirib. Bəs Azərbaycanın k(K)im-ləri hanı? Məsələn, ilk ağlıma gələn dünyanın həsəd apardığı, bizim Əzizə Mustafazadə. Bütün parametrlərinə görə Kimi dizaltı edəcək qadın və istedaddır. Niyə onun kimi digərləri, məsələn, Hacı Zeynalabdin nəvələri üzərinə başqa bir fond qurumasın Azərbaycan?

Hələ də gec deyil, heç olmasa indi başlamaq olar. Nəticə mütləq olacaq, təki başlamaq mümkün olsun. Təki öncə dövlət ənənəyə çevrilsin Azərbaycanda da.

Jalə Mütəllimova
12.12.2021
Bakı-Tərtər-Talış-Suqovuşan-Bakı.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top