Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verdi

XARİCİ SİYASƏT 01 dek 2021, 13:42
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir başsağlığı sözlərini tviter hesabında yazıb.

XİN başçısı bildirib ki, dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top