Polkovnikin bir həftə əvvəl atası vəfat etmişdi...

GÜNDƏM 30 noy 2021, 22:20
Bu gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusundan biri də polkovnik Fizuli Cavadovdur.
 
Fizuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub.
 
F.Cavadovun bir həftə öncə atası Əlibram Cavadov vəfat edib. Atasının vəfatının “yeddi” mərasimi günü isə oğlu helikopter qəzasında həlak olub.
 
Polkovnik F.Cavadovun Nərmin və İkram adında iki övladı var. Nərmin Cavadova da DSX-də xidmət edir, rütbəsi leytenantdır.
 
Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top