Türkiyə xüsusi təyinatlıları Suriyada 4 terrorçunu məhv edib

REGİON 23 noy 2021, 22:40

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 4 üzvünü məhv edib.

Bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçuların 3-ü "Fərat qalxanı" əməliyyatı zonasında, 1-i isə "Zeytun budağı" əməliyyatı zonasında məhv edilib.

Bildirilir ki, terrorçular Türkiyə hərbçilərinin nəzarəti altında olan ərazilərə hücumlar planlaşdırırmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top