“Azərbaycan Ermənistanla sərhəddə bütün strateji mövqeləri ələ keçirdi...” — Abramyan

QARABAĞ 15 noy 2021, 11:48
“Azərbaycan açıq şəkildə bəyan edir ki, sərhədlərin delimitasiyası/demarkasiyası ilə bağlı öz prioritetləri var; bu məsələlərin həllində lazım bildiyi kimi hərəkət etmək hüququnu özündə saxlayır”.
 
Demokrat.az xəbər verir ki, bunu  Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərksiyanın lideri olduğu  "Şərəf duyuram"  blokunun  parlament fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkədə paylaşdığı  postunda yazıb..
 
“Müharibədən sonrakı situasiyada Azərbaycan özünün minimal vəzifəsini - demək olar ki, Ermənistanla sərhəddəki bütün strateji yüksəkliklərdə mövqe tutmağı həll etdi... 

İndiki şəraitdə Ermənistan hakimiyyəti ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və bərpası istiqamətində situasiyaya uyğun addımlar atmaqdansa, reallığı gizlətmək, cəmiyyəti yalan və saxtakarlıqla “qidalandırmaq” üçün daha çox səy göstərir” –deyə erməni deputat bildirir.(moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top