“Azərbaycan Gorus istiqamətində qüvvə yerləşdirib”

GÜNDƏM 14 noy 2021, 10:59

“Gorus-Qafan yolunun Çakaten kəndi istiqamətində Azərbaycan Ordusu qüvvə yerləşdirib və postları var”.

Bunu Ermənistanda merliyə namizəd Gevorq Parsyan deyib.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri Çakatenin 3-4 km hissəsində yolu genişləndirib:

“Azərbaycanlılar orada “hansısa işlərlə” məşğuldurlar. Yolun gömrük məntəqəsinə çevrilə biləcəyi ilə bağlı qorxular var. Amma hazırda yolla hərəkətdə heç bir problem yoxdur”.

Qeyd edək ki, Şuşa yaxınlığındakı Azərbaycan və rus əsgərlərinin olduğu posta erməni terrorçunun qumbara atmasından sonra Azərbaycan Ordusunun sərhəddə daxil olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top