Həbsdə olan deputat Eldəniz Səlimov Milli Məclisdə — FOTOFAKT

GÜNDƏM 11 noy 2021, 13:55
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun adı hələ də Milli Məclisin saytında "qorunur”.

Bu ilin iyul ayında polis əməkdaşını döyərək ona ağır xəsarətlər yetirən keçmiş deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilməsinə baxmayaraq, onun adı hələ də Milli Məclisin rəsmi saytında saxlanılır.

Demokrat.az xəbər verir ki, eks deputatın adı Aqrar Siyasət Komitəsinin üzvləri siyahısında saxlanılıb və ingilis, rus dillərində də haqqında məlumatlar olduğu kimi qalır.

Maraqlıdır ki, ölkənin qanunverici orqanı olan Milli Məclisin rəsmi saytı beş aya yaxın müddətdir ki, məlumatları yeniləmir və müxtəlif dillərdə Eldəniz Səlimovun adı "qorunur”.

Qeyd edək ki, rəsmi məlumata görə, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(azxeber.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top