Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılmasına kömək göstərilməsi barədə müraciət daxil olub.
Demokrat.az xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri göstərilən ünvana gələrək, ağırçəkili vətəndaşı mənzildən çıxarıb və təcili yardım briqadasına təhvil verib.(Yeni Sabah)