Deputat Qənirə Paşayeva “Sanat Akademi” rəhbərləri ilə görüşdü — FOTOLAR

İNCƏSƏNƏT 02 noy 2021, 16:50
 Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva ilə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Səbuhi Zaman və Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş rol oyuncusu Erhan Ufakla (Güllü) görüşüb.

Görüşdə İB-nin layihəsi olan “Sanat Akademi” adlı aktyorluq məktəbinin indiyə qədərki fəaliyyətindən, bu gündən sonrakı plan və hədəflərindən danışılıb.

Deputat yeni açılan sənət məktəbinin problem və ehtiyacları ilə maraqlanıb. Türkiyə və Azərbaycan arasında milli-mədəni münasibətlərin inkişafında rolu olan hər kəsə dövlət tərəfindən xüsusi diqqətin göstərildiyini ifadə edib. O, Türkiyədən dəvət edilmiş kino ulduzu Erhan Ufağa gördükləri işlərə görə təşəkkür edib. “Azərbaycan sizin vətəninizdir” deyib.

“Sənət Akademi”si layihəsinin rəhbəri Səbuhi Zaman da öz növbəsində Qənirə Paşayevaya qonaqpərvərliyinə görə təşəkkür edərək deyib:

“Biz də bütün sahələrdə olduğu kimi Mədəniyyət sahəsində də eyni ruhu, iki ayrı canlarda daşıyan Türkiyə və Azərbaycan qardaşlığının möhkəmlənməsində iştirakımızdan qürur duyuruq. “Kurtlar Vadisi Pusu” serialından tanıdığımız məşhur kino ulduzu Erhan Ufak (Güllü) və heyətinin Türkiyənin dizi və sinema sektorunda qazandıqları təcrübəni azərbaycanlı gənclər arasında təbliğ edilməsi, öyrədilməsi üçün mədəniyyət sektorunun bir mənsubu olaraq əlimizdən gələni edirik. Əlbətdə ki, ölkə başçımızın və xüsusilə də Birinci xanım Vitse-Prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir”

Görüşdə türk dünyasının tanınmış yazarı Əkbər Qoşalı, RHİM İB -nin sədri Arzu Bağırova da iştirak ediblər. Onlar mədəniyyət sahəsində aparılan işlərlə bağlı fikirlərini bölüşüblər.

Nəzərinizə çatdıraq ki, “Sanat Akademi” adlı aktyorluq məktəbi, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin layihəsidir.

Qeyd:

Layihədə iştirak etmək istəyən, təklif və əməkdaşlığa maraqlı olan şəxslər müraciət edə bilərlər.

Əlaqə: +994 50 320 55 98

Mail: [email protected] (kanal20.tv)





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top