Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

XARİCİ SİYASƏT 30 okt 2021, 14:34
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.

İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: “Görüşlə bağlı son dəqiqləşmələr aparılır”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top