Ukrayna ombudsmanı Saakaşviliyə görə Gürcüstana getdi

REGİON 27 okt 2021, 12:37
Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib.

“Report”un yerli bürosu xəbər verir ki, onun səfəri Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili ilə bağlıdır.

Xalq müdafiəçisi hazırda siyasətçinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, M.Saakaşvilinin sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olacaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Özünü siyasi məhbus hesab edən sabiq dövlət başçısı azad edilməsi tələbi ilə artıq 27-ci gündür aclıq aksiyası keçirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top