Bəhram tənqidlərə cavab verdi: “Dövlət mənə medalı elə-belə verməyib“

İNCƏSƏNƏT 18 okt 2021, 15:26
Prezident İlham Əliyev ötən həftə Əməkdar artist Bəhram Bağırzadənin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Bağırzadə Bəhram Arif oğlu “Tərəqqi” medalı ilə təltif edildi.

Aktyorun “Tərəqqi” medalı alması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bəziləri son zamanlar Bəhram Bağırzadənin ülgüc reklamı ilə yadda qaldığını iddia edərək onu bu medala layiq görmədilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçi haqqında deyilən tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Bilirsiniz, Stalinin yanında heç vaxt cangüdənlər olduğunu kimsə görməmişdi. Amma bu o demək deyil ki, onun ətrafında cangüdənlər olmayıb. O insanlar mənim fəaliyyətimi görməsələr də, mən öz işimi yaxşı görürəm. Mən mənim medal almağımı müzakirə edən insanlara qulaq asan deyiləm axı. Mən özüm bilirəm ki, kiməm, nəçiyəm və nəyi bacarıram. İşimi də görürəm. Dövlət də mənə o medalı elə-belə verməyib. Hər halda lazımlı biliblər ki, veriblər”.

Sənətçi müalicəsilə bağlı yaradıcılıqdan uzaqlaşdığını deyib:

“Məni hələ ki, planlarım müalicə olunmaqla bağlıdır. Koronavirusdan sonra insan illərlə özünə gələ bilmir. Mən də buna  görə müalicə olunuram və yaradıcılıqdan uzaqlaşmışam. Amma yazarlıq fəaliyyətimi davam etdirirsəm, o öz yerində. Kitablarımı yazmağa davam edəcəyəm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top