Ermənistanda nazirlik rəsmisi hərbi hissəni satıb

REGİON 12 okt 2021, 23:50
Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi Lori vilayətinin Stepanavan rayonunda hərbi hissənin ərazisini satıb.

Şübhəli şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək 2008-ci ilin martında keçmiş hərbi hissənin 6 hektardan çox ərazisini "xüsusi təyinatlı torpaqlar" adı ilə 58 milyon drama (təxminən 126 min dollar) satıb.

Daha sonra Daşınmaz Əmlak Kadastrı rəsmisi bu alqı -satqı müqaviləsi əsasında qanunsuz olaraq ərazinin statusunu "yaşayış məntəqəsi" olaraq dəyişərək torpaq sahəsinə mülkiyyət sənədi verib.

Ümumilikdə hər iki dələduzluq faktı üzrə dövlətə 122 milyon dramadək (təxminən 250 min dollar) ziyan dəyib.

Faktla bağlı cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top