Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı — FOTO

XARİCİ SİYASƏT 12 okt 2021, 18:15
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top