Azərbaycanda virusa yoluxma sayı xeyli azaldı

GÜNDƏM 01 okt 2021, 17:06
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6 543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top