Ərdoğan BMT-dəki çıxışında Azərbaycanın qələbəsindən danışdı — VİDEO

REGİON 21 sen 2021, 23:24
“Son zamanlar Qafqazda sabitlik baxımından mühüm addımlar atılıb”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında dünya ictimaiyyətinə müraciətində deyib:

“Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb.

Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top