Aslan İsmayılov: "Biz susduqca qonşular bütün əndazələri aşdılar və durmadan hörmətsizlik etdilər"

SOSİAL MEDİA 12 avq 2021, 13:16
"Əgər Rasim Musabəyovun İsfəndiyar Vahabzadə haqqındakı tərbiyəsiz ifadəsi olmasa o mövzuya heç toxunmazdım. Çıxışımda da məqsədim İ.Vahabzadənin təhqir olunmasının qarşısını almaq idi. Bir daha təkrar edirəm, rus xalqı haqqındakı ifadəsindən başqa deyilənlərin hamısı düz və haqlı idi. Uzun illər Rusiyanın tək tanınmışları, ziyalıları demirəm, hakimiyyətinin çox yüksək vəzifəliləri - jirinovskiləri, zatulinləri, tolstoyları, kiselyovları, simonyanları və digəriləri Dövlətimizi, Xalqımızı, Prezidentimizi aşağıladılar və bir dəfə də Rusiya tanınmaşları, hakimiyyət təmsilçiləri buna etiraz etmədilər".

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. 

"Ona görə də kim tərəfindən olmasına baxmayaraq İ.Vahabzadə haqqında bəzi təhqiredici yazılara qəti etirazımı bildirirəm. Bu şəxs hakimiyyətdə təmsil olunmur və dedikləri onun şəxsi fikirləridir və həqiqətdir. Roma Papasından artıq katolik olmaq lazım deyil! Biz Rusiya və İran haqqında münasibətlər pisləşməsin deyə susduqca qonşular bütün əndazələri aşdılar və durmadan hörmətsizlik etdilər. Qoy hamı bilsin ki, bizim də deyəcəklərimiz  var və bizə qarşı hörmətlə yanaşmaq lazımdır", deyə Aslan İsmayılov sonda qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top