340 min qanunsuz evə "kupça" veriləcək — Sənədləşmə bu ərazidən başlayacaq

SOSİAL 03 avq 2021, 15:52
Qanunsuz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan başlanılacaq.

Demokrat.az
xəbər verir ki, hökumət əhalinin səbirsizliklə gözlədiyi bu qərarı yaxın zamanlarda elan etməyə hazırlaşır.

Məlumata əsasən, Abşeron rayonunun ərazisindəki təxminən 340 min sənədsiz evə çıxarış ("kupça") veriləcək: "Növbəti mərhələdə Bakıətrafı kənd və qəsəbələrdə sənədsiz evlər sənədləşəcək.
 
Hazırda sənədsiz evlərin inventarlaşması prosesi yekunlaşmaq üzrədir. Ümumilikdə sənədsiz evlərin sayı bir milyondan çoxdur. Bunların mütləq əksəriyyəti Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşir.(index.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top