Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərdi — FOTOLAR

XARİCİ SİYASƏT 16 iyl 2021, 08:43
Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.(report.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top