Deputat: "Ermənistanın Oxçuçayı çirkləndirməsi ekoloji terrordur"

GÜNDƏM 06 iyl 2021, 17:18
"Ermənilər hər zaman Azərbaycana qarşı öz nifrətini ifadə edib, hərbi cinayətlər törədib, mülki əhalini qətlə yetiriblər. Bundan başqa onların təbiəti məhv etmək istəyi də məlumdur. Onlar təkcə ağacları kəsməklə, meşələri məhv etməklə deyil, həm də çayları çirkləndirməklə ekoloji terror törədirlər. Bu dövlətin Oxçuçayı çirkləndirməsi də buna aiddir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

O, Oxçuçayın çirkləndirilməsində Almaniya şirkətinin iştirakına münasibət bildirib:

"Almaniya şirkətinin bu prosesdə iştirakı ciddi araşdırılmalıdır. Müvafiq faktlar aşkar edildikdən və sənədləşdirildikdən sonra sözügedən şirkət Avropa qanunvericiliyinə uyğun olaraq məhkəməyə cəlb edilməlidir. Azərbaycanın addımları sadəcə təbiəti qoruyan təşkilatları məlumatlandırmaq olmamalıdır. Bu, ciddi məsələdir. Bununla bağlı lazımi hüquqi addımlar atmaq lazımdır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top