Avro-2020: Şotlandiya evində Çexiyaya uduzdu

İDMAN 14 iyn 2021, 19:00
AVRO-2020-nin D qrupunda bu gün daha bir oyun keçirilib.

Demokrat.az-ın məlumatına görə, Şotlandiya millisi Qlazqoda Çexiya ilə qarşılaşıb.

Patrik Şikin iki qolu sayəsində qonaqlar meydan sahibləri üzərində inamlı qələbə qazanıb. Forvardın ikinci topu daha çox yadda qalıb. Belə ki, Çexiyanın "10" nömrəsi meydanın mərkəzindən topu tora qovuşdurub.

14 iyun
AVRO-2020


I tur, D qrupu
17:00. Şotlandiya - Çexiya - 0:2
Qollar:
Patrik Şik, 42, 52

Baş hakim: Daniel Zibert (Almaniya)
Qlazqo. “Hampden Park” stadionu

Xatırladaq ki, D qrupunun dünən keçirilmiş oyununda İngiltərə Xorvatiyanı minimal hesabla məğlub edib (1:0)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top